Sankt-Peterburqda binanın önündə bədəni yanan qız meyiti tapıldı: Sekta üzvü olduğu ehtimal edilir
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasının önündə aşağı və yuxarı ətrafları yanan qız meyiti tapılıb.
23 yaşlı qızın sekta üzvü olduğu bildirilir. Belə ki, onun son zamanlar cinlərdən, qara magiyadan və intihar etmək istəyindən danışdığı qeyd olunur.
Qızın yanan cəsədinin üzərinə vedrə ilə su tökülərək söndürülüb. 16-cı mərtəbənin eyvanında isə birində kerosin, digərində şərab olan iki butulka aşkar edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxunub: 102
Xəbəri paylaş
Paylaş: