Müştərilərə pos-terminalların əvəzinə ödənişi "kartdan-karta edin!" "tələb"i ÇOXALIB
Bəzi mağazalarda alıcılar kartla ödəniş edə bilmirlər.
Globall.az Xəzər TV-yə istinadən bildirir ki, bu və ya digər səbəbdən pos-terminal təqdim edilmir. Bu da alıcıların haqlı narazılığına səbəb olur.
"Bəs sahibkarların pos-terminal ödənişlərindən yayınmalarının səbəbi nədir?"Lakin qanunvericiliyin tələblərinə əsasən, nağdsız ödənişlərin həyata keçirilməsi üçün hər bir ticarət müəssisəsində pos-terminal cihazları olmalıdır. Alış-verişin sonunda alıcıya pos-terminaldan çıxarışla yanaşı, nəzarət kassa aparatı çeki də təqdim edilməlidir. Bunlara əməl etməyənlər isə qanun qarşısında məsuliyyət daşıyır.
Belə hallarla qarşılaşan vətəndaşlar dövlət vergi xidmətinin 195-1 çağrı mərkəzinə müraciət edə bilərlər.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: