20-dən çox insan qasırğanın qurbanı oldu
Braziliyanın cənub bölgələrində baş verən qasırğa azı 22 nəfərin ölümünə səbəb olub.
Globall.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "O Globo" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, 21 nəfər Rio-Qrande-du-Sul, daha 1 nəfər isə qonşu Santa-Katarina ştatında ölüb. Onların arasında xidməti vəzifələrini yerinə yetirərkən həlak olan xilasedici də var.
Qeyd edildiyi kimi, leysan nəticəsində bəzi yerlərdə çaylarda suyun səviyyəsi 20 metr qalxıb ki, bu da irimiqyaslı daşqınlara səbəb olub
Oxunub: 98
Xəbəri paylaş
Paylaş: