Kəndimizə alnıaçıq, üzüağ qayıdırıq - Ağalı sakini
.jpg)
Allah Prezidentimizi, Azərbaycan Ordusunu qorusun. Göydə Allah, yerdə Prezident İlham Əliyev bu yolu bizə açdı. İndi alnıaçıq, üzüağ, Prezidentimizin sayəsində Ağalıya qayıdırıq.
Globall.az Trend-ə istinadən bildirir ki, bunu Zəngilan rayonu Birinci Ağalı kəndinin sakini Məhəmmədyar Fərhadov deyib.
O, kənddə əkin-biçinlə məşğul olacağını bildirib:"Mən ixtisasca aqronomam. Biz orada əkin-biçinlə məşğul olacağıq. Kəndimizə 7 nəfərlik ailə üzvümüzlə gedirik. Orada işləyəcəyik.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların canı, qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Biz indi sevinc hissi keçiririk. Öz kəndimizə - doğma yurdumuz Ağalıya qayıdırıq".
Qeyd edək ki, bu gün daha 25 ailə - 123 nəfər Zəngilanın Ağalı kəndinə köçürülüb. Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq