Hindistanda bir sutkada 11 minə yaxın insan koronavirusa yoluxub
Hindistanda son sutkada 10 956 nəfər koronavirusa yoluxub.
“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə son sutkada infeksiyadan 396 nəfər ölüb. Bununla da Hindistanda COVID-19-a yoluxanların sayı 297 535-ə, pandeymiya qurbanlarının sayı isə 8 498 nəfərə yüksəlib.
Yoluxanların sayına görə hazırda Hindistan dünya üzrə dördüncü yerdədir. Ölkə ABŞ, Brazilya və Rusiyadan sonra gəlir.
Hindistanda 141 842 pasiyent xəstəxanada müalicə olunur. Koronavirusa yoluxan 147 194 nəfər sağalıb.
Oxunub: 388
Xəbəri paylaş
Paylaş: