BQXK rəsmisi: Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərilib
“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərib”.
Globall.az Report-a istinadən bildirir ki, bunu BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam və Laçın yolundan keçməklə insanlara lazım olan humanitar yükləri çatdırır: “Bu, un və tibbi ləvazimatlardır. Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq”.
Oxunub: 22
Xəbəri paylaş
Paylaş: