"Sədərək Yusif"in qardaşı oğlunun bloqeri döyməsi iddiası ilə bağlı
AÇIQLAMA
Globall.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimov deyib.
““Tik Tok”dur, hər dəfə birini çıxarırlar, orda hər gün min şey yayımlanır. Hamısı şantaj, yalandır. Nə dərəcədə doğru ola bilər ki, adamın üstünə silah çıxararlar, məcbur edərlər ki, dövlət məmurlarını söysün? Xanım versin ekspertizaya, sübut etsin. Bu, şantaj xarakterli bir şeydir. Mən də bloggerin görüntülərinə baxmışam. Tamamilə təkzib edirəm”, - o deyib.
Qeyd: “Tik-Tok” şəbəkəsində “Fidan 009” adlı profilin sahibi, blogger Fidan sensasion paylaşım edib. O, canlı yayımda bildirib ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu bir neçə nəfər dostu ilə onun əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək dövlət məmurları, polislər əleyhinə danışdırıb, ardınca videoya çəkib.