UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Atletik"lə üz-üzə gələcək
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada "Atletik"lə üz-üzə gələcək.
"San Mames" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüşün baş hakimi xorvatiyalı İqor Payaç olacaq.
"Qarabağ" hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib. "Köhlən atlar" II turda, Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəlib - 2:0.
Press-fakt
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: