ABŞ Konqresi Zelenskini dinləməyəcək
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti Ukrayna lideri Volodimir Zelenskinin ABŞ parlamentinin birgə iclasında çıxış etmək istəyini rədd etdiyini bildirib.
Qərar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "NBC News" məlumat yayıb.
Onun sözlərinə görə, məşğul qanunvericilik həftəsini nəzərə alsaq, bunun üçün vaxt yoxdur.
Makkarti Zelenskinin artıq qanunvericilərlə görüşdüyünü xatırladıb. O əlavə edib ki, Ukrayna lideri Böyük Britaniya və İtaliya hökumət başçılarının 2023-cü ildə səfəri zamanı eyni şəkildə qarşılanıb.
Oxunub: 86
Xəbəri paylaş
Paylaş: