Azərbaycan yaralı erməni hərbçilərinə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
Qərar.az bildirir ki, Hikmət Hacıyev görüşdə qeyd edib ki, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır.
"Müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir. Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq".O, həmçinin bildirib ki, meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır:
"Biz BQXK-nin Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəkləyirik", - Prezidentin köməkçisi qeyd edib.