Çində yenə koronavirus yayılmağa başladı -
Bazarlar bağlandı
Koronavirus pandemiyasının birinci dalğası bitməmiş Çində yoluxma halları yenidən artıb.
Bu barədə "Global Times" məlumat yayıb. Nəşrin yazdığına görə, kütləvi yoluxma paytaxt Pekindəki topdan satış bazarı olan "Sinfadi"də qeydə alınıb. Belə ki, test vermiş 517 nəfərdən 45-nin nəticəsi pozitiv olub.
Maraqlıdır ki, bazardakı obyekt sahiblərinin çalışdıqları səhtlərdə də virus aşkar edilib. Virus tapılan məhsulların bura "Tsinşen" bazarından gətirildiyi məlum olub. Dərhal hər iki bazarın fəaliyyəti dayandırlıb. İndi "Sinfadi" bazarının əməkdaşı, işçisi olan 10 minə yaxın insanın hamısı testdən keçirilməli olacaq.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında məhz Çindəki bazarlardan birindən yayılmağa başlamışdı. Dünyada 7 milyondan insanın yoluxmasına səbəb olan virusun ilk daşıyıcısı Çindəki bazarlardan birində dəniz məhsullarının satışı ilə məşğul olan şəxs olub.