Belqorod kütləvi PUA hücumuna məruz qaldı
Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində 7 pilotsuz təyyarəni vurub.
Globall.az Qərar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
"Sentyabrın 25-də axşam Ukraynanın Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynanın 7 pilotsuz uçuş aparatını məhv edib" məlumatda deyilir.
Oxunub: 68
Xəbəri paylaş
Paylaş: