Almaniya İsrailə “Heron” pilotsuz döyüş təyyarələri verəcək
Almaniya İsrailə iki ədəd "Heron" pilotsuz döyüş təyyarəsi verəcək.
Globall.az bildirir ki, "Report"un məlumatına görə, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Qeyd edilir ki, İsrail bununla bağlı həftəsonu Almaniyaya müvafiq sorğu göndərib. Müdafiə naziri Boris Pistorius bu gün tədarükə icazə verib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1 200-ü keçib, 2 500-ə yaxın insan yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Oxunub: 105
Xəbəri paylaş
Paylaş: