Doqquz gün ərzində Qəzzadan İsrailə 3 700 raket atılıb
Son doqquz gün ərzində İsrail ərazisinə Qəzza zolağından azı 3 700 raket buraxılıb.
Report xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qeyd olunub ki, raketlərin 90 faizi “Dəmir Qübbə” raket əleyhinə müdafiə sistemi tərəfindən məhv edilib.
Bir çox yaşayış evlərinə, məktəblərə və bağçalara ziyan dəyib, 540 raket fələstinlilərin yaşadığı ərazilərə düşüb.
İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların əhəmiyyətli hərbi obyektlərinə zərbələr endirib.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: