Alimlər ömrü uzatmağın sadə yolunu tapdılar
Yumurta yemək xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ömrü uzadır. Globall.az oxu.az-a istinadən bildirir ki, bu qənaətə Konnektikut Amerika Universitetinin mütəxəssisləri gəliblər. Tədqiqatda 18-30 yaş arası insanlar iştirak ediblər. İki həftə ərzində hər gün üç toyuq yumurtası yeyiblər. Təcrübənin nəticəsi gözlənilməz olub: yumurta yemək qanda xolesterinin səviyyəsini normallaşdırmağa kömək edir. Normal xolesterin isə aterosklerozun inkişafına mane olur. Bundan əlavə, yumurta yeyən insanlarda antioksidantların və iltihab əleyhinə molekulların səviyyəsi artıb.
Oxunub: 73
Xəbəri paylaş
Paylaş: