Çinin daha bir şəhərində hərbi vəziyyət elan edildi -
Koronavirusa görə
Çinin Hubey əyalətinin Baodin şəhərində hərbi vəziyyət elan edilib.
Buna səbəb bir neçə gün əvvəl paytaxt Pekində bazarların birində yeni koronavirus ocağının aşkar edilməsi səbəb olub.
Şəhər Pekinin qonşuluğunda yerləşdiyi üçün iki şəhər arasında sərnişin və yük daşımaları sıx həyata keçirilir. Baodində 11,5 milyondan çox əhali yaşayır.
Qeyd edək ki, ötən həftəsonu Pekinin topdansatış bazarlarından birindən 50-yə yaxın şəxs koronavirusa yoluxmuş və bazar iyunun 13-də bağlanmış və ətraf rayonlarda hərbi rejim elan edilmişdi.
Oxunub: 338
Xəbəri paylaş
Paylaş: