Çin döyüş təyyarələri Kanada təyyarəsinə müdaxilə edir
Bildirilib ki, Çin döyüş təyyarələri Şərqi Çin dənizi yaxınlığında Şimali Koreyanın sanksiyalarını izləmək üçün Kanadanın kəşfiyyat uçuşlarına “müdaxilə ediblər”.
Globall.az Turkustan.az-a istinadən xəbər verir ki, insident zamanı təyyarədə jurnalistlər, həmçinin Birinci Hava Bölməsinin komandiri general-mayor Iain Huddleston olub.
"Biz tamamilə beynəlxalq hava məkanındayıq" deyən Huddleston, Şimali Koreyaya qarşı neft sanksiyalarını izləmək üçün Çin döyüş təyyarələrinin Kanadanın Şərqi Çin dənizi yaxınlığında kəşfiyyat uçuşlarına "müdaxilə etməsi" ilə bağlı bildirib.
Hadisənin "həvəskar və çox aqressiv" olduğunu bildirən Huddleston, "Digər təyyarələrlə yaxın bir formada uça bilərik və tamamilə təhlükəsiz ola bilərik. Bununla belə, bir təyyarə başqalarının yaxınlığında aqressiv manevrlər etdikdə təhlükəsizlik problemi yaranır" dedi.
Kanada Müdafiə Naziri Bill Blair mətbuata verdiyi açıqlamada hadisəni "təhlükəli və ehtiyatsızlıq" olaraq qiymətləndirərək, "Bu davranışlar əsla qəbul edilə bilməz və bunu Çin Xalq Respublikasına ən uyğun şəkildə ifadə edəcəyik" dedi.