Mərkəzi Kəşfiyyat İdarəsi Çinə qarşı xüsusi birlik yaratmağa başladı...-
“Reyters”
"Təhlükə Çin xalqından deyil, Çin hökumətindən qaynaqlanır...”
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ-“CIA”) Çinə xüsusi diqqət ayırmaq üçün yüksək səviyyəli xüsusi bir birlik yaratmağa başlayıb.
“Reyters”in (“Reuters”) yaydığı məlumatda belə deyilir.
“CIA” direktoru Uilyam Berns “CIA”-nın "təhlükənin Çin xalqından deyil, Çin hökumətindən qaynaqlandığından" narahat olduğunu söyləyib.
Xatırladılır ki, Bayden administrasiyasının ilk aylarında Pekinlə münasibətlər insan hüquqları, Honk Konq və Cənubi Çin dənizi də daxil olmaqla bir çox məsələlərdə dərin fikir ayrılığı səbəbindən pisləşib. Ancaq iki ölkənin yüksək vəzifəli şəxsləri bu həftə bir araya gələrək 2021-ci ilin sonuna qədər prezidentlərin virtual görüşünə hazırlaşmağa başlayıblar.