AVRO-2024: İngiltərə və Macarıstan vəsiqəni təmin etdi
AVRO-2024-ün seçmə mərhələsində VIII tura yekun vurulub. Globall.az-ın məlumatına görə, son gündə üç qrupun oyunları keçirilib. C qrupunda İtaliya ilə qarşılaşan İngiltərə millisi öz meydanında qələbə qazanaraq, final mərhələsinə vəsiqəni rəsmiləşdirib. G qrupunda qərarlaşan Macarıstan isə səfərdə Litva ilə heç-heçə edib. Bu, macarların Almaniyadakı qitə birinciliyinə vəsiqə qazanmaları üçün kifayət edib. Qeyd edək ki, buna qədər ev sahibi Almaniya ilə yanaşı, Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə və Avstriya Avropa çempionatına vəsiqəni rəsmiləşdirmişdilər. AVRO-2024, seçmə mərhələ C qrupu G qrupu H qrupu Xal durumu: Sloveniya - 19 (8), Danimarka - 19 (8), Qazaxıstan - 15 (8), Finlandiya - 12 (8), Şimali İrlandiya - 6 (8), San Marino - 0 (8)
VIII tur
17 oktyabr
22:45. Malta - Ukrayna - 1:3
22:45. İngiltərə - İtaliya - 3:1
Xal durumu: İngiltərə - 16 (6 oyun), Ukrayna - 13 (7), İtaliya - 10 (6), Şimali Makedoniya - 7 (6), Malta - 0 (7)
22:45. Litva - Macarıstan - 2:2
22:45. Serbiya - Monteneqro - 3:1
Xal durumu: Macarıstan - 14 (6), Serbiya - 13 (7), Monteneqro - 8 (6), Litva - 6 (7), Bolqarıstan - 2 (6)
20:00. Finlandiya - Qazaxıstan - 1:2
22:45. Şimali İrlandiya - Sloveniya - 0:1
22:45. San Marino - Danimarka - 1:2