İki tramvay toqquşub, xəsarət alanlar var
Çexiyanın Pilsen şəhərində iki tramvay toqquşub.
Globall.az oxu.az-a istinadən xəbər verir ki, Çexiyanın Pilsen şəhərinin Karlovı Varı küçəsində iki tramvay toqquşub.
İlkin xəbərə görə, hadisə zamanı uşaqlar da daxil olmaqla, təxminən 30-35 nəfər xəsarət alıb. Yanğınsöndürənlər əzilmiş tramvaylardan insanları çıxarır, həkimlər zərərçəkənlərə yardım göstərir.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş: