Vətənə, doğma yuvama qayıtmaq mənə qismət olur -
Laçın sakini
Vətənə, doğma yuvama qayıtmaq mənə qismət olduğu üçün sevincimin həddi-hüdudu yoxdur. Globall.az bildirir ki, bunu Trend-ə açıqlamasında Laçın sakini Allahverdiyeva Mahizər deyib. "Vətən mənim başımın tacıdır. Vətən həsrəti ilə çox insanlar həyatını dəyişdi. Şükürlər olsun ki, 92 yaşımda öz yurduma, elimə dönürəm. Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah Prezidentimizi var eləsin. Onun böyük zəhməti var. Onun sayəsində torpaqlarımız, bizim yurdumuz düşməndən azad edilib", - deyə o qeyd edib. Qeyd edək ki, bu gün Laçına daha 23 ailə - 85 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 295 ailə, yəni 1135 nəfərin daimi məskunlaşması təmin edilib.
Oxunub: 107
Xəbəri paylaş
Paylaş: