HƏMAS-ın girovları təslim etdiyi anlar gündəm oldu - FOTO
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında əsir saxladıqları 2 israilli girovu azad etdiklərini açıqlayıb. HƏMAS girovların azad edilməsinin görüntülərini canlı yayımlayıb. Bu zaman günlərlə girovluqda olan qadınlardan birinin onları almağa gələn şəxsin yanına getməzdən əvvəl HƏMAS silahlısının əlini sıxması diqqətdən yayınmayıb.
Globall.az turkustan.az-a istinadən xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qətər və Misirin vasitəçiliyi ilə daha 2 girovu azad etdiklərini açıqlayıb. HƏMAS-ın canlı yayımladığı həmin anlarda maraqlı hadisə yaşanıb.
Günlərdir HƏMAS-ın girovluğunda olan qadınlardan birinin onları ələ keçirməyə gələn zabitlərdən birinə yaxınlaşaraq HƏMAS hərbçisinin əlini sıxması diqqət çəkib.
Sözügedən insanları daha əvvəl azad etmək istədiklərini vurğulayan Qəssam Briqadaları İsraili "öz əsirlərinə əhəmiyyət verməməkdə" günahlandırıb. Qəssam Briqadaları bəyan edib ki, Təl-Əviv əsirlərin azad edilməsi üçün İsrailə qarşı qoyulan şərtləri pozsa da, “onlar humanitar və sağlamlıq baxımından birtərəfli qaydada iki mülki vətəndaşı azad ediblər”.
HƏMAS, Qətər və Misirin vasitəçiliyi ilə Yokheved Lifşitz və Nurit Kuper adlarından istifadə edən Nurit Yitzhaki humanitar səbəblərdən azad etdiyini açıqladı. İsrail hökuməti də daha iki girovun azad edilməsindən sonra Misirə təşəkkür edib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada, Qırmızı Xaç təşkilatının, eləcə də Misir hökumətinin “həyatların xilas edilməsində oynadıqları mühüm rola görə minnətdar olduqları” bildirilib.
Lifşits azadlığa çıxdıqdan sonra yerli mediaya verdiyi müsahibədə onu motosikletin arxasına mindirərək Qəzzaya apardığını izah edib. "Məni motosikletin böyrünə qoydular ki, yıxılmayım, terrorçulardan biri öndən, digəri isə arxadan tuturdu. Sərhəd hasarını keçərək Qəzza zolağına daxil oldular və əvvəlcə məni şəhərdə saxladılar. Beeri yaxınlığındakı Abesan. Ondan sonra hara aparıldığımı bilmirəm”, - Lifşits bildirib.