Milli Məclisin 2 əməkdaşı koronavirusa yoluxub –Açıqlama
Azərbaycan Respublikasının Milli Məclisində “COVID 19” koronavirus infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.
Bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb: “Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir”.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: