İsrailin Suriyaya cavabı: 8 əsgər öldü
İsrail ordusunun Suriyanın cənubuna endirdiyi aviazərbə nəticəsində 8 əsgər ölüb, 7 əsgər yaralanıb.
Globall.az axar.az-a istinadən bildirir ki, bu barədə Suriya MN məlumat yayıb.
"Bu gün təxminən saat 01.45-də İsrail Qolan təpələrindən hava hücumu həyata keçirərək, Dəra əyalətində bir sıra hərbi mövqelərə zərbələr endirib, nəticədə 8 hərbçi həlak olub, daha 7-si yaralanıb", - Suriya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, bundan öncə İsrail Suriyadan ölkə ərazisinə iki raket atışına cavab olaraq zərbələr endirdiyini açıqlamışdı.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: