Sığorta Agentliyinin sabiq vəzifəli şəxsinin məhkəməsimə bu tarixdə baxılacaq
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Qasımov Elmar Vaqif oğlunun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Globall.az Pravda.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses noyabrın 7-nə təyin edilib.
İş hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Elmar Qasımov külli miqdarda mənimsəmədə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib. İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb
Oxunub: 65
Xəbəri paylaş
Paylaş: