"Britaniya və Ukrayna kəşfiyyatları “Türk axını”na TƏXRİBAT HAZIRLAYIR"- Bortnikov
Rusiyada Britaniya və Ukrayna kəşfiyyat xidmətlərinin “Türk axını” qaz kəmərinə qarşı təxribat hücumları hazırlaması barədə məlumatlar var.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) direktoru Aleksandr Bortnikov bildirib.
Onun sözlərinə görə, ingilislər Ukrayna xüsusi xidmət orqanları ilə birlikdə “Türk axını” qaz kəmərinə qarşı təxribat hücumları hazırlayır.
"Bundan əlavə, Britaniya Ordusunun SAS xüsusi təyinatlıları və Britaniya kəşfiyyat agentliyi MI6-nın təlimatçıları səhmdarları Rusiya, Qazaxıstan və ABŞ şirkətlərinin də olduğu Xəzər Boru Kəməri Konsorsiumuna qarşı bir sıra dron zərbələri planlaşdırıblar", - FTX rəhbəri qeyd edib./apa
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: