HƏMAS atəşkəsə əməl etməsə, müharibə yenidən başlayacaq - Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS atəşkəs razılaşmasına əməl etməsə, İsrail "nə vaxt desə" müharibəni yenidən başlada bilər.
Press-fakt xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəslə bağlı ABŞ mətbuatına açıqlama verib.
CNN-ə danışan Tramp bildirib ki, HƏMAS atəşkəs razılaşmasına əməl etməsə, İsrail “nə vaxt bunu desə” Qəzza küçələrinə qayıda bilər.
"HƏMAS-la baş verənlər tez bir zamanda həll olunacaq", - ABŞ prezidenti bildirib.
Donald Tramp bildirib ki, HƏMAS Qəzzada quldur dəstələrinə qarşı mübarizə aparır.
Oval Ofisdə mətbuatın suallarını cavablandıran Tramp, HƏMAS-ın silahlarını yerə qoymasını istədiklərini ifadə edərək, HƏMAS-ın silahlarını yerə qoyacağı təqdirdə ABŞ ordusuna ehtiyac olmayacağını bildirib.
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: