Madaqaskarda Fransa əleyhinə etiraz aksiyaları keçirilir
Madaqaskarda etirazçılar Fransa müstəmləkəçiliyinə qarşı aksiya keçirirlər.
“France24“ kanalı xəbər verir ki, aksiya iştirakçıları üzərində “Fransa çıxsın”, “Makron və Radzuelina çıxsın” şüarları yazılan plakatlar qaldırıblar.
Qeyd edək ki, Madaqaskar Prezidenti Andri Radzuelina ölkədə iqtisadi problemlər, qaz və su təchizatının çatışmadığı səbəbindən baş qaldıran etirazlardan sonra Fransaya məxsus hərbi təyyarə vasitəsilə ölkədən qaçıb.
Onun harada olduğu bilinmir.
Prezidentə qarşı parlament tərəfindən impiçment elan edildikdən sonra ölkədə hərbçilər hakimiyyəti ələ alıb./apa
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: