Mahaçqala hava limanı oktyabrın 31-də fəaliyyətini bərpa edəcək
Mahaçqala hava limanı sabah gecə saatlarında açıq olacaq.
Globall.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, hava limanında vəziyyət sabitləşdiyindən elanolunmuş xəbərdarlığa düzəliş edilib.
Təyyarələrin qəbulu 31 oktyabr 2023-cü il, saat 02:59-dək dayandırılır.
Daha əvvəl Mahaçqala aeroportunun noyabrın 6-dək bağlı olacağı bildirilmişdi.
Oxunub: 74
Xəbəri paylaş
Paylaş: