Bu marşrut xətlərində də ödəniş “BakıKart”la olacaq
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi müsabiqənin nəticələrinə uyğun olaraq noyabrın 1-dən 592 nömrəli (Xırdalan şəhəri - Görədil kəndi) müntəzəm marşrut xətti üzrə "Xaliq Faiqoğlu" şirkəti sərnişinlərə xidmət göstərir.
Globall.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gündən marşrut xətti üzrə kiçiktutumlu avtobuslar ortatutumlu nəqliyyat vasitələri ilə yenilənib.
"Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, noyabrın 13-dən 592 saylı marşrut xətti üzrə elektron (BakıKart) ödəniş sistemi tətbiq ediləcək. Artıq avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb.
Bununla yanaşı 567 nömrəli (Qobu qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut xətti də noyabrın 13-dən elektron ödəniş sisteminə qoşulacaq.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: