"Yaxın vaxtlarda Türkiyə ilə sərhəd açıla bilər" - Ermənistan XİN
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Türkiyə ilə sərhədin xüsusi qrup üçün açıla biləcəyini bildirib.
Globall.az APA-ya istinadən bildirir ki, o, bu barədə büdcə müzakirələri zamanı deyib.
"Yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin hələlik xüsusi qrup - üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı xoş xəbər bizi gözləyir", - Mirzoyan əlavə edib.
Oxunub: 129
Xəbəri paylaş
Paylaş: