ABŞ Suriyadakı muzdluları dəstəkləyənlərə sanksiya tətbiq etdi
ABŞ Suriyadakı rejimin başçısı Bəşşar Əsədə və onun ətrafındakı daha 38 nəfərə sanksiya tətbiq edib.
“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo “Twitter” səhifəsində yazıb.
Bildirilib ki, sanksiya tətbiq edilənlər arasında Bəşşar Əsədin həyat yoldaşı da var.
Sanksiya “Suriya mülki vətəndaşların mühafizəsi qanunu” (“Sezar” qanunu) çərçivəsində iyunun 17-dən tətbiq ediləcək. “Sezar” qanununa əsasən, müharibə caniləri Bəşşar Əsəd rejiminə dəstək verən xarici muzdlu hərbçilərə sanksiyanı nəzərdə tutur. ABŞ prezidenti Donald Trampın 2019-cu il dekabrın 20-də imzaladığı qanun 180 gün ərzində tətbiq olunmalı idi.
“Sezar” qanunu Suriyada öz xalqına qarşı vəhşilikləri dəstəkləyənləri və maliyyələşdirənləri də əhatə edəcək. Bu qanunun tətbiqinə suriyalı müxaliflər ümidlə baxırlar. Sanksiya Bəşşar Əsəd rejimini dəstəkləyənlərə və onunla əməkdaşlıq edənlərə də şamil olunacaq.
Bildirilib ki, ABŞ yaxın həftələr və aylarda Suriyadakı rejimi dəstəkləyən şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Oxunub: 350
Xəbəri paylaş
Paylaş: