Protokol: "Penoplex prikafkazye" gömrük qaydalarını pozub
"Penoplex prikafkazye" MMC-yə inzibati protokol yazılıb. Globall.az Pravda.az-a istinadən nbildirir ki, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.
Oxunub: 183
Xəbəri paylaş
Paylaş: