Maqniy olmadan vitamin D mənimsənilmir - VACİB MƏQAM
Vitamin D qanda yoxlamaq və müəyyən dozada preparatını qəbul etmək asanddır. Amma bir vacib məqamı həkimlər belə unudur. Vitamin D orqanizmdə bərpa olub, mənimsənilib paylanması üçün şərtlər lazımdır. Bunlardan biri normal mədə-bağırsaq, həzm sisteminin olması, ikincisi maqniy ehtyatı. Globall.az medicina.az-a istinadən xəbər verir ki, maqniy elementi defisiti olan orqanizmə nə qədər D vitamini versən də o gəldiyi kimi də gedəcək və orqanizmə təsiri olmayacaq. Hazırda isə 80% insanlarda maqniy defisiti var, çünki qida və içməli suyumuz bu elementsizdir. Bir çox mikroelementlər cüt işləyir, bu cütlüklərdən biri də maqniy və D vitaminidir. Əgər siz D vitamini qəbuluna başlayırsızsa, yanaşı olaraq maqniy də içməlisiz. Bir çoxlarımız pandemiya dövründə bədəni gücləndirmək üçün D vitamininə az qala hücüm edib, yüksək dozalarda qəbul edirik.