44 günlük müharibəni “Talesizlər şəhəri” kimi simvollaşdırmaq kimə lazımdır, cənab Sadıqov?
Azərbaycan Milli Kitabxanasında “44 günün Şanlı Zəfəri” adlı ənənəvi kitab sərgisinin açılışı və Rəfiqə Sadıqovanın “Talesizlər şəhəri” kitabının təqdimat mərasimi keçirilib. Bu xəbəri adi informasiyalardan biri kimi oxuyub üstündən keçmək olardı.Globall.az Konkret.az-a istinadən bildirir ki, amma informasiyanın mahiyyətinə varanda dayanmalı olursan, əslində isə acı təəssüf hissi keçirirsən, çünki “Azərbaycan” qəzetinin ahıl baş redaktorundan, az qala bir qərinə qədər olan deputatından belə bir tədbirin təqdimatını ciddi qəbul edə bilmirsən. Niyə?
Suala elə həşəmətli baş redaktor özü cavab verir:
“Bu cür mənəviyyatdan bəhs edən kitabların yazılması çox vacibdir. Yazıçılarımız, qələm əhlimiz bu mənada borcludur. Böyük Zəfərdən 3 il keçir, bəs yeni əsərlər hardadır?”. Bu sözləri tərpənməz baş redaktor Bəxtiyar Sadıqov deyəndə bacısı Rəfiqə Sadıqovanı yazıçılara nümunə gətirir. Hələ üstəlik bacısı üçün keçirdiyi təqdimat mərasimi haqqında “əbədi” baş redaktoru olduğu rəsmi dövlət qəzetinin bugünkü sayında böyük bir yazı da verdirir.

B.Sadıqov kitabın Böyük Zəfərimizə həsr olunduğunu desə də, R.Sadıqovanın kitabı “Talesizlər şəhəri” adlanır. 44 günlük müqəddəs müharibəmiz Vətəni bütünləşdirdi, onun bəxtəvər günlərinin əsasını qoydu və bu tarixi prosesi “Talesizlər şəhəri” adı ilə simvollaşdırmağın nəyə işarə vurduğunu ədəbiyyatşünaslar araşdırsalar, daha yaxşı olar.

Oxunub: 128
Xəbəri paylaş
Paylaş:




















