Şagirdlərin yerdəyişməsində kütləvilik olarsa...
Şəhər məktəblərində oxuyan şagirdlərin universitetə hazırlıq vaxtında adını kənd məktəblərinə yazdırması məsələsinə aydınlıq gətirilib. Globall.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib. "Şagirdlərin yerdəyişməsində kütləvilik olarsa, bununla bağlı ciddi tədbirlər görülür. Bununla bağlı ötən il bir sıra müəssisə rəhbərləri cəzalandırılıb. Əlimizdən gələni edirik ki, bu problemi azaldaq",- deyə o bildirib.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: