“YPG ilə danışıqlar uğursuz oldu və dialoq dayandırıldı” – Suriya XİN
Kürd qüvvələrin dəyişkən siyasəti üzündən rəsmi Dəməşq ilə əsasını YPG terror təşkilatının təşkil etdiyi SDQ nümayəndələri arasında aparılan danışıqların son raundu uğursuzluqla nəticələnib və dialoq dayandırılıb.Globall.az xəbər verir ki, bu açıqlama ilə Suriyanın xarici işlər naziri Valid Müəllim çıxış edib. RT-yə müsahibə verən Müəllim Suriya MTŞ-nın sədri Əli Məmlükün qısa müddət əvvəl Qamışlıya getdiyini və regiondakı təhlükəsizlik tədbirləri və hərbi hazırlıqlarla bağlı məlumatlar aldığını təsdiq edib.
“Kürd qardaşlarımızla aparılan danışıqlar ABŞ-ın kürdlərlə münasibətlərində baş verən dalğalanmalar üzündən istədiyimiz səviyyəyə çatmadı. Belə ki, amerikalılar bir gün kürdlərdən imtina edəcəklərini, digər gün etməyəcklərini deyirlər. Bu səbəbdən kürd qüvvələri ilə dialoq dayandırılmalıdır” – o, belə deyib.
Oxunub: 442
Xəbəri paylaş
Paylaş:




















