Bələdiyyələr nə qədər gəlir əldə edib?
Globall.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisdə "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda ictimai dinləmədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib. O qeyd edib ki, 2020-2022-ci illərdə bələdiyyələrin ümumi büdcə gəlirləri 2019-cu illə müqayisədə 12.4 milyon manat (35%), yerli vergilərdən daxilolmalar isə 6 milyon manat (43%) artıb. R.Məmmədovun sözlərinə görə, Bakı bələdiyyələri üzrə isə son iki ildə büdcə gəlirləri 58%, yerli vergilərdən daxilolmalar isə 73% artıb. Qeyd edək ki, Milli Məclisdə "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda ictimai dinləmə keçirilir.Ölkə üzrə bələdiyyə büdcələrinin gəlirləri 2022-ci ilin yekunlarına görə 47.4 milyon manat təşkil edib.