Sabirabadda 1 yaşlı uşağın ölüm səbəbi açıqlandı -
YENİLƏNİB
2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə TƏBİB-dən bildirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb. ------- 15 : 01 Sabirabadda 1 yaşlı uşaq ölüb. Globall.az APA-ya istinadən bildirir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub. İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir. Araşdırma aparılır.