Rusiya ABŞ-ın bu texnikasını ələ keçirdi: İlk dəfə
Rusiya hərbçiləri ilk dəfə ABŞ-ın "Bradley" piyada döyüş maşınını qənimət götürdülər.
Globall.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Rybar" Telegram kanalı məlumat verib.
Bildirilir ki, döyüş maşını arxa cəbhəyə təhlükəsiz şəkildə təxliyə edilib .
Kanalın məlumatına görə, döyüş maşını Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasına məxsus olub.
"Bradley" piyada döyüş maşınlarının Ukraynaya verildiyi bu ilin əvvəlində elan edilib. Ukrayna Silahlı Qüvvələrinin hazırda bir neçə yüz texnikası var.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: