Fransa HƏMAS liderlərindən birinin aktivlərini dondurdu
Fransa HƏMAS-ın liderlərindən biri olan Yahya Sinvarın aktivlərinin dondurulduğunu elan edib.
Globall.az report-a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
"Yahya Sinvarın sahib olduğu və ya ona nəzarət etdiyi vəsaitlər, iqtisadi resurslar dondurulur", - telekanal bildirib.
Qeyd edilib ki, Y.Sinvarın aktivlərinin dondurulması altı ay müddətinə tətbiq edilir.
Oxunub: 77
Xəbəri paylaş
Paylaş: