PA-nın şöbə müdirində koronavirus aşkarlandı -
Testin nəticəsi pozitiv çıxıb
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva koronavirusa yoluxub. Xəbəri unikal.org saytı yayıb.
Bildirilir ki, F.Əliyevanın COVID 19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.
Qeyd edək ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 11 767 yoluxma faktı qeydə alınıb. 6,325 nəfər sağalıb, 143 nəfər həyatını itirib, 5299 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
Oxunub: 364
Xəbəri paylaş
Paylaş: