Peruda 6,1 bal maqnitudada zəlzələ oldu
Peruda 6,1 bal maqnitudada zəlzələ baş verib. Globall.az report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 20 min nəfər əhalisi olan El-Pedreqal şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 94 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Oxunub: 53
Xəbəri paylaş
Paylaş: