Aİ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır. Globall.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovski açıqlayıb. Onun fikrincə, yeni məhdudiyyətlər tezliklə ittifaqa üzv ölkələrə təqdim ediləcək. Xatırladaq ki, Aİ dekabrın 18-i Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul edib.
Oxunub: 58
Xəbəri paylaş
Paylaş: