Rusiya MN Ukrayna gəmisinə hücumu təsdiqlədi
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krımın Feodosiya limanında "Novoçerkassk" desant gəmisinə hücumunu təsdiqləyib.
Globall.az APA-ya istinadən bildirir ki, Rusiya hücum nəticəsində hərbi gəminin zədələndiyini açıqlayıb.
Rusiya Silahlı Qüvvələrinin desant gəmisinə idarəolunan raket buraxan Ukraynanın iki Su-24 təyyarəsini vurduğu qeyd olunub.
Krımın rəhbəri Sergey Aksenov isə bildirib ki, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Oxunub: 73
Xəbəri paylaş
Paylaş: