Niderlandda COVİD-19-a qarşı aksiya - Yüzlərlə insan həbs edildi

Hadisə Niderlandın Lahey şəhərində baş verib.
Etirazçılar pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin onların azadlığına qarşı, sosial məsafə şərtlərinin isə yaşam prinsipIərinə zidd olduğunu iddia ediblər.
Polisin xəbərdarlığına baxmayaraq, aksiya davam edib. Bu səbəbdən xüsusi polis qüvvələri aksiyaya müdaxilə edərək, yüzlərlə insanı həbs edib.
Xatırladaq ki, Niderlandın səhiyyə naziri Huqo de Jonqe tərəfindən hazırlanan planda çox sayda məhdudiyyətlər nəzərdə tutulurdu. Amma bunun konstitusiyaya zidd olduğu əsas gətirilərək plan rədd edilib.
Oxunub: 461
Xəbəri paylaş
Paylaş: