Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Hava şəraiti ilə əlaqədar bu gün bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, yanvarın 3-ü əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: