Batya da dəstəkləyir, Minskə kimi uzanacaq -
Putin
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskə sürətli dəmir yolunun tikintisini dəstəkləyir. Globall.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədə yüksək sürətli dəmir yolu nəqliyyatının inkişafı ilə bağlı keçirilən görüşdə deyib. Putin Moskva ilə Sankt-Peterburq arasında sürətli dəmir yolunun tikintisinin hələ başlanğıc olduğunu bildirib: "Gələcəkdə Ryazan, Kazan, Yekaterinburq, Adler, o cümlədən Belarusun paytaxtı Minsk istiqamətində belə rabitənin təşkili tamamilə mümkündür. Minskə gəlincə, biz bu məsələni Aleksandr Lukaşenko ilə müzakirə etmişik, o da dəstəkləyir".
Oxunub: 45
Xəbəri paylaş
Paylaş: