“Dünyada bizim anladığımız formada demokratiya yoxdur” - Lukaşenko
Dünyanın heç bir ölkəsində bizim anladığımız formada demokratya yoxdur. Bu barədə iyunun 22-də Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
«Siz, hansısa demokratiya barədə söhbət eşidərkən, yaddan çıxartmamalısınız ki, bizim təsəvvür etdiyimiz formada demokratiya heç bir ölkədə yoxdur» - Lukaşenko bildirib.
Bu zaman Belarus lideri öz sözlərinin təsdiqi kimi, Fransada «sarı gödəkçəlilər»ə yönəlik reaksiya tədbirlərini və bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında (ABŞ) baş verənləri misal gətirib.
Oxunub: 336
Xəbəri paylaş
Paylaş: