Neptun və Uran ətrafında yeni peyklər ortaya çıxdı -
FOTO
Astronomlar Neptun və Uran planetləri ətrafında yeni peyklər tapıblar. Globall.az oxu.az-a istinadən xəbər verir ki, günəş sistemində əvvəllər məlum olmayan peyklər Havay və Çilidəki teleskoplar vasitəsilə aşkar edilib. Astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında da kiçik bir peykin olduğunu müəyyən ediblər. Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərdən sonra Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə çatdığını açıqlayıb. Vaşinqtondakı Karnegi Elm İnstitutundan astronom Skott Şeppard hələ kəşf edilməmiş çox sayda kiçik peyklərin ola biləcəyini bildirib. Həmçinin qeyd edilib ki, Uran ətrafında fırlanan və diametri təxminən 8 kilometr olan yeni peyk, ehtimal ki, planetin peykləri arasında ən kiçiyidir.